“Qafqazinfo”nun məlumatına görə, müğənni bəstəsi Günel Sərdarqızına, aranjemanı isə Yaşar Baxışa məxsus olan “Canın sağ olsun” mahnısını inernet istifadəçilərinin ixtiyarına verib.
Yeni işi haqqında danışan sənətçi mahnının Londonda hazırlandığını bildirib.
“Böyük Britaniyanın ən nəhəng musiqi şirkəti “Canın sağ olsun”u ərsəyə gətirib. Bu şirkətdə Madonna, Rihanna, Elton John kimi dünya ulduzlarının mahnısı yazılıb. Olduqca peşəkar bir iş görməyə çalışdım. Əminəm ki, mahnı qısa müddətdə hitə çevriləcək. Biz insanlar tez-tez “Canın sağ olsun” deyirik. Başımıza hər nə gəlsə də, yaxşı və ya pis, hər zaman məhz bu sözü işlədirik. Türk musiqi orkestrı da mənimlə birgə ifa edib. Növbəti mahnımda isə fərqli janra müraciət edəcəm”.
Son xəbərlər
Son Xəbərlər