Çantada gizlənən dəstə başçısı... – - Məhkəmə

cantada-gizlenen-deste-bascisi-
Oxunma sayı: 1308


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda dəstə üzvlərindən biri, Salmaz Zeynalov iştirak etməyib. Məhkəməyə təqdim olunan həkim rəyində göstərilib ki, S.Zeynalovun əsəb xəstəliyi var və prosesdə iştirak edə bilmir. Hakim həmin təqsirləndirilən şəxs olmadan prosesin davam etdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edib. Ekspertizanın cavabı bəlli olana kimi məhkəmə təxirə salınıb. 

Qeyd edək ki, ötən ilin sentyabrın 30-da Rəşad Quliyevin evinə daxil olan maskalı şəxslər ev sahibinin və onun ailə üzvlərinin əl-qolunu bağlayaraq pul tələb ediblər. Naməlum şəxslər evdə bir milyon manat pul olduğunu və həmin pulu götürməyəcəkləri təqdirdə ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Ev sahibi isə onlara evdə o qədər pul olmadığını, mənzildə 1200 manat, 200 ABŞ dolları və qızıl əşyaların olduğunu deyib. Evdə axtarış aparan naməlum şəxslər əlavə pul tapa bilməyiblər. Evdə olan pulu, qızıl-zinət əşyalarını və bir ədəd ov tüfəngini götürən maskalı şəxslər əl-ayağı və ağızları bağlanmış ailə üzvlərinin hamısını vanna otağına salıb qapını da bağlayaraq mənzili tərk ediblər. 

Quldurluq törədən dəstənin başçısının Mircavid olduğu müəyyən edilib. Dəstə başçısının yaşadığı evdə gizlənməsi barədə daxil olan məlumat əsasında əməliyyat qrupu həmin ünvana gedib. Evdə axtarış aparan polis əməkdaşları mənzildə heç kimi tapa bilməyiblər. Əməliyyatçılar mənzili tərk etmək istəyərkən yataq otağında böyük yük çantasının aşdığını görüblər. Dərhal çantaya baxış keçirən əməliyyatçılar Mircavad Mirbağırovun çantada gizləndiyini aşkar ediblər. Dəstə başçısı tutulandan sonra onunla birgə quldurluq etməkdə şübhəli bilinən digər dəstə üzvləri - əvvəllər məhkum olunmuş Salman Zeynalov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulublar. 

Murad Əhməd