“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsindən AzərTAc-a verilən məlumata görə, R.Quliyevə məxsus çantadan dərman qutularına doldurulmuş 200 yaşıl rəngli, 400 mavi rəngli həb aşkar olunaraq götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, yaşıl rəngli həb – “Clonazepam-Sobhan 1 mq” adlı dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram, mavi rəngli həb isə “Chlordiazepoxide 5 mq” adlı dərman preparatı olub və təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir.
Məlumatda, həmçinin bildirilir ki, dərman preparatları “Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III siyahısına daxildir.
Son xəbərlər
Son Xəbərlər