Çantanı alıb qaçdı, tutuldu

cantani-alib-qacdi-tutuldu
Oxunma sayı: 647

Fevralın 9-da iki naməlum şəxs Naxçıvani küçəsində yaşayan Tofiq İmanova məxsus, içərisində 6 min manat dəyərində danışıq kartları və 500 manat olan əl çantasını əlindən alaraq qaçıblar. Binəqədi RPİ CAŞ və 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Məmmədov fevralın 28-də tutulub, cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Əqidə Ağacanov fevralın 28-də tutulub.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mahir Tarverdiyev fevralın 28-də tutulub.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Tahirə Rzayeva fevralın 28-də tutulub.

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Mirnazim Dadaşovdan 350 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Fevralın 9-da Xanlar küçəsində yaşayan Nigar Rzayevanın evindən açar seçmə yolu ilə videokamera oğurlanıb. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Maştağa qəsəbə sakini Canbaxış Babayev fevralın 28-də tutulub.

Oktyabrın 1-nə keçən gecə Cavadxan küçəsində yerləşən Bakı şəhər sakini Ramil İbrahimova məxsus “Best-Playstation” klubundan qapını sındırma yolu ilə 10 ədəd televizor oğurlanıb. Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Məmmədov fevralın 28-də tutulub.