CAR-da 1800 şaxtaçı yerin altında qalıb

car-da-1800-saxtaci-yerin-altinda-qalib
Oxunma sayı: 1005

Cənubi Afrika Respublikasında (CAR) təxminən 1800 nəfər şaxtaçı blokada vəziyyətində qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Sibanye Gold” mədənində baş verib. Qəzaya səbəb şaxtaçıları daşıyan nəqliyyat vasitəsinin sıradan çıxması olub.

Şirkət şaxtaçıların təhlükəsiz vəziyyətdə olduğunu və havalandırma sisteminin işlədiyini, su ehtiyatının olduğunu bildirib.