CAR-da daşqınlar 250-dən çox insanın həyatına son qoydu

car-da-dasqinlar-250-den-cox-insanin-heyatina-son-qoydu
Oxunma sayı: 1071

Cənubi Afrika Respublikasının Durban şəhəri və ona bitişik KvaZulu-Natal əyalətində daşqınlar və torpaq sürüşmələri azı 259 nəfərin həyatına son qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Yağıntının azalacağını gözləyən meteoroloqların proqnozları özünü doğrultmayıb. Durbanda təbii fəlakət baş verib, şəhərin əhalisinə və infrastrukturuna ziyan dəyib. 

KvaZulu-Natal əyalətində qatarların hərəkəti dayandırılıb. Durbanda metro stansiyaları və magistral yolları su basıb. Sel bir çox evi və körpünü uçurub.