Cənubi Afrika Respublikasında (CAR) iyulun 9-dan etibarən baş vermiş iğtişaşlarda ölənlərin sayı arataraq 117 nəfərə yüksəlib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, kiçik biznesin inkişafı naziri Xumbudzo Ntşaveni deyib. Kvazulu-Natalda 91 nəfər dünyasını dəyişib, 1478 nəfər saxlanılıb. Qautenqdə ölənlərin sayı isə 26 nəfərdir.
Qeyd edək ki, CAR-da sabiq prezident Ceykob Zuma ötən həftə həbs edilib. O, korrupsiyada ittiham edilərək 15 ay azadlıqdan məhrum edilib. Zumanın həbsindən sonra tərəfdarları küçələrə çıxaraq kütləvi iğtişaşlar törətməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər