Cənubi Afrika Respublikasının Keyptaun şəhərində parlament binasında yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, yanğın binanın damından başlayıb və geniş miqyas alıb.
Yanğını hələlik nəzarətə götürmək mümkün olmayıb. Binanın divarlarında çatlar əmələ gəlib.
Hadisənin səbəbi bilinmir.
***
Yanğın nəzarətə götürülb. İtki və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Son xəbərlər
Son Xəbərlər