“Çarli Hebdo”dan növbəti qalmaqallı karikatura

carli-hebdodan-novbeti-qalmaqalli-karikatura
Oxunma sayı: 1717

Fransanın siyasi karikatura jurnalı olan “Çarli Hebdo” son sayının üz qabığı ilə yenidən qınaq obyektinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, jurnal sözügedən sayında Ruanda əsilli belçikalı müğənni Stromaeyə yer verib. Karikaturada müğənni məşhur mahnısı “Papaoutai”ni ( Ata hardasan?) səsləndirərkən, cəsəd parçaları “burada, orada” cavabları verirlər. Jurnalın satışa çıxmasının ardından bir çox sosial media istifadəçiləri karikaturanın xoşagəlməz olduğunu bildiriblər.

Qeyd edək ki, jurnal ötən aylarda dərc edilən buraxılışda Bodrum sahilində cəsədi tapılan 3 yaşlı Aylan Kürdi haqda “Böyüsə o, da Kölndə təcavüzkar olardı” başlığını qeyd edərək tənqidə tuş gəlmişdi.

Aysel Kərimova