Çarpayının altından avtomat çıxdı

carpayinin-altindan-avtomat-cixdi
Oxunma sayı: 847


“Qafqazinfro” lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayon 38-ci Polis Bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib saxlamaqda təqsirli bilinən Beyləqan sakini, 52 yaşlı Eyvaz Allahverdiyevi yaxalayıb. 

Onun Sahil qəsəbəsində yaşadığı evə baxış zamanı çarpayının altından 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd avtomat sandıqçası, 110 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd tüstü şaşkası aşkar edilərək götürülüb. Saxlanılan şəxs bildirib ki, silah sursat ona dünyasını dəyişmiş qardaşından qalıb.