“Çarterlə gələnlər arasında yoluxma yüksəkdir”

carterle-gelenler-arasinda-yoluxma-yuksekdir
Oxunma sayı: 1948

“Bu infeksiya bizimlə uzun müddət yaşayacaq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, ölkə uzun müddət karantində qala bilməz: “Buna görə də karantin rejimindən mərhələli şəkildə çıxmalıyıq. Bunun üçün də ölkədə sanitar epidemioloji vəziyyət buna uyğun olmalıdır. Bundan sonrakı həyatımızda devizimiz “kontrollu sosial həyat” olmalıdır. Həm tibbi maskadan istifadə olunmalı, həm də sosial məsafə qoyulmalıdır. Bunların birinə əməl etmək virusdan qorunmaq üçün yetərli deyil. 

Son dövrlərdə ölkəmizə çarter reysləri ilə gələn vətəndaşlar arasında yoluxma 20 faizdir. Bu kifayət qədər ciddi rəqəmdir və yüksəkdir”.

Murad Əhməd