“Casamia”dan yenilik - Fotosessiya

casamiadan-yenilik
Oxunma sayı: 4315

Avropada məşhur olan brend şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsi “CASA MİA” mağazalar şəbəkəsi premimum sinfinə aid yenilənmiş şou-room-unu təqdim edib.

Qafqazinfo” xəbər verir ki, açılış mərasimində İtalyan Ticarət Agentliyinin (ICE) direktoru Luigi D'Apreanın timsalında fəxri qonaqlar, eləcə də məxsusi olaraq bu axşama dəvət olunan aparıcı italyan fabriklərinin nümayəndələri iştirak ediblər.

Rahatlaşdırıcı, aktual art-məkan mühitində, simli kvartetin ifasında klassik İtaliya musiqisinin müşayiətilə keçən mərasimə modellər ekspozisiyanın elementləri, ahəngdə mistika ilə zəngin qravürləri xatırladan başgicəlləndirici obrazlar yaradıblar. Son kolleksiyadan olan oboylara bürünən xanım, gənc xanımın başındakı eksklüziv çılçıraq, pərdə üçün dəbdəbəli parçalardan möhtəşəm paltar, unikal hidromasaj vannası və içərisində oturan gözəl model, body-art maraqla qarşılanıb. Bu və ya digər ekspozisiyanı qeyri-adi formada təqdim edən hər model qonaqları CASAMİA-nın eksklüziv təmsilçisi olduğu ən yaxşı İtaliya istehsalçıları və məşhur avropa brendlərindən olan santexnika, çılçıraq, oboy, tekstil və qapılarla tanış ediblər.

Şəhərin aparıcı memar və dizaynerləri, eləcə də paytaxtımızın qonaqları ən son yeniliklərlə tanış olmaq, şirkətin son uğurlarını öyrənmək imkanı əldə ediblər.

“Məni heyran edən odur ki, bu şirkət Azərbaycan bazarına ən yaxşı italyan fabrikləri və məşhur Avropa brendlərini gətirir. “CASAMİA”nın təqdim etdiyi xidmətlər kifayət qədər yüksək səviyyəlidir, bütün öhdəliklərə vaxtında əməl olunur və əməkdaşlıq müddətində heç bir problem yaranmayıb" - deyən tanınmış memar Nəriman İmaməliyev şirkətə uğurlar arzu edib.

Mstudio şirkətinin rəhbəri Mehriban Muradova-İsmayılova da tərəfdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib. “Mən bu şirkətlə əməkdaşlıqdan məmnunam. Bir faktı qeyd etmək istəyirəm. Demək olar ki, şirkətin kataloqlarında göstərilən və vitrinlərdə təqdim olunan bütün məhsullar mövcuddur və təcili ehtiyac yarandığı halda onlar operativ təqdim edə bilərlər. Bu, şirkət üçün böyük üstünlükdür”.

Beləliklə, gecə yarısına qədər davam edən mərasim maraqlı məqamlarla yadda qalıb. Qonaqar tədbiri xoş təəssüratlar və hədiyyələrlə tərk ediblər.