“Caspian Golden Line”ın direktoru Hövsan Beynəlxalq limanını ziyarət edib - Fotolar

caspian-golden-linein-direktoru-hovsan-beynelxalq-limanini-ziyaret-edib
Oxunma sayı: 2253

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ənzəli şəhərinin “Caspian Golden Line” limanının direktoru Bustani Seyid Mehdi, Liman beynəlxalq işlər üzrə müavini Səyidi Şahram və Liman xidmətləri üzrə müavini Bina Muhəmməd “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, qonaqlar Liman ərazisində infrasrtukturla, limanın texnikaları və limanda Xidmətlər üzrə yük daşımaların logistikasının təşkili ilə tanış olublar.

Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqlarla görüş keçirmiş, nümayəndə heyətinə limanın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Gələcəkdə “Caspian Golden Line” limanı ilə sıx əlaqələrin yaranması və Xəzər dənizində yük daşımaların həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edilib.