Casusluqda təqsirlindirilən aparıcını sosial şəbəkələr xilas etdi

casusluqda-teqsirlindirilen-aparicini-sosial-sebekeler-xilas-etdi
Oxunma sayı: 5642

“Playboy” jurnalının keçmiş modeli, hazırda İnstaqramda fenomen olan rus model və teleaparıcı Viktoria Bonya Los-Anceles hava limanında saxlanılaraq dindirilib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, 37 yaşlı aparıcı açıqlamasında bildirib ki, o, çantasında gizli video kameralar istehsal edən bir firmanın kartı olduğu üçün aeroportda saxlanılaraq casusluqda təqsirləndirilib.

“Mənə Rusiya prezidenti Vladimir Putinlə, eləcə də KQB ilə bağlı suallar verdilər. Ölkədən xaric olunacağımı düşündüm”, - V. Bonya bildirib.

Model həmçinin qeyd edib ki, səlahiyyətli şəxslər onun sosial şəbəkədəki hesablarını yoxladıqdan sonra hava limanını tərk etməyinə icazə veriblər.