“Cavabımız çox sərt olacaq...” - Nazirlikdən açıqlama

cavabimiz-cox-sert-olacaq
Oxunma sayı: 11571

Erməni tərəfi bu dəqiqələrdə Dağlıq Qarabağda qoşunların təmas xəttində yaşayış məntəqələrini aktiv şəkildə atəşə tutur.

"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir: "Cavab zərbələri çox sərt olacaq".