Cavad Heyət anıldı

cavad-heyet-anildi
Oxunma sayı: 851


“Qafqazinfo” xəbər verir ki, “Varlığımızın Cavad Heyəti” adlanan bu tədbirdə Ümid partiyasının sədr müavini Rüfət Muradlının giriş nitqindən sonra məruzəçilər araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu, “Milli Mədəniyyətin Təbliği” İB-nin sədri Jalə Cəfərova və Cavad Heyət irsinin araşdırıcısı Pərvanə Məmmədli Doktor Heyətin fəlsəfi, siyasi, elmi dünyası, habelə onun mənəvi cəhətləri haqda dolğun fikirlər səsləndiriblər. Məruzələrdən sonra çıxış edənlər professor Çərkəz Cəfərov, “Borçalı “ cəmiyyətinin sədri Zəlimxan Məmmədli, ADP-nın sədri Sərdar Cəlaloğlu, 125-lər Siyasi Klubunun sədri İlhamiyyə Rza, tarix elmləri doktoru Səməd Bayramzadə, DAK təmsilçisi Babək Muğanlı, Orta Şərq araşdırmaları mərkəzinin direktoru Sədrəddin Soltan, AMDHP-nın sədr müavini Həbib Ələkbərsoy, filologiya elmləri doktoru Esmira Şükürova, şairə Təranə Sübhəm və başqaları Doktor Cavad Heyətin Güneydə milli varlığımızın yaşaması, habelə bir cərrah və alim kimi fəaliyyətləri ilə bağlı düşüncələrini paylaşıblar.