Cavad Heyət Bakıda dəfn olunacaq

cavad-heyet-bakida-defn-olunacaq
Oxunma sayı: 1230


“Qafqazinfo” xəbər verir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə,  o, sabah Fəxri Xiyabanda dəfn olunacaq: “Vida mərasimi ilə bağlı məsələlər dəqiqləşdirilir. Birdə onu deyə bilərik ki, vida Azərbaycan Milli Elmlər Akademiyasınsa olacaq. Mərasimin vaxtı və digər məsələlər barədə sabah məlumat veriləcək”.  

Qeyd edək ki, Cavad Heyət avqustun 12-də dünyasını dəyişib. O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. C. Heyət pnevmoniya diaqnozu ilə müalicə olunurdu.