Cavad Zərif Ankarada

cavad-zerif-ankarada
Oxunma sayı: 646

İranın xarici işlər naziri Cavad Zərif ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı müzakirələr aparmaq üçün Türkiyəyə səfər edib.

“Qafqazinfo” İRNA-ya istinadən xəbər verir ki, Esenboğa hava limanında açıqlama verən C.Zərif bu gün Tehranda baş vermiş terror hadisələrindən kədərləndiyini dilə gətirib.

İran XİN rəhbəri terrorizm səbəbindən regionda pis vəziyyətin hakim olduğunu söyləyib:

"Bu hücumu şiddətlə qınayırıq. Bütün gücümüzlə terrorizmə qarşı mübarizə aparmağa davam edəcəyik".

Qeyd edək ki, Cavad Zərif səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.