Cavad Zərif Avstriya səfərini ləğv etdi

cavad-zerif-avstriya-seferini-legv-etdi
Oxunma sayı: 1783

İranın xarici işlər naziri Cavad Zərif Avstriya səfərini ləğv edib.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, buna sözügedən ölkənin İsrailə göstərdiyi dəstək səbəb olub.

Məlumatı Avstriya XİN də təsdiqləyib. Bildirib ki, mayın 15-də İran xarici işlər naziri Cavad Zərifin Vyanya səfəri planlaşdırılırdı, o, avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşəcəkdi, lakin iranlı nazir səfəri ləvğ edib.

Qeyd edək ki, Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında mayın 14-də İsrail bayraqları qaldırılıb.