“Təsəvvür edin, səni parodiya edirlər, baxıb bundan ləzzət alırsan. Bu mümkün olan bir şey deyil”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Səhər-Səhər” proqramına qonaq olarkən deyib. Müğənni açıqlamasında parodiya edənləri qınayıb:
“Bunun iki variantı var. Ya gərək məkanı tərk edəsən, ya da səhnəyə çıxıb deyəsən ki, utanmırsan, məni niyə parodiya edirsən? Sənin özünü parodiya edən lazımdır. Mənimlə Firuzə İbadovanı yamsılayanlar paltomu, üzüyümü, saatımı istəmişdilər.
Mən də dedim ki, verə bilmərəm. Aktyordu o, səhnədə tərləyəcək. Sonra da kimyəvi təmizləmədə paltomun tükləri töküləcək. Özümü onlardan yaxşı tanıyıram. Bilirəm ki, nə etsələr də gülməli alınmayacaq”.
Bu məqamda bildirək ki, əməkdar artisti sonuncu dəfə "Bu şəhərdə"nin aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov parodiya edib.
Son xəbərlər
Son Xəbərlər