Azərbaycan Autizm Assosiasiyasının Baş katibi Cavid Allahverdiyev dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, o, gecə saatlarında anidən 42 yaşında vəfat edib.
Məlumata görə, C.Allahverdiyevin vəfatına onun səhhətində yaranan ani narahatlıq səbəb olub.
Qeyd edək ki, Cavid Allahverdiyev 2004-cü ildən güləş üzrə hakimliyə başlayıb. 2009-cu ildən sərbəst güləş üzrə Birinci dərəcəli hakim kimi fəaliyyət göstərib. Bir sıra idman jurnallarında çalışıb.