Cavid Britaniyada DİN-ə rəhbər təyin olundu

cavid-britaniyada-din-e-rehber-teyin-olundu
Oxunma sayı: 5137

Sajid Cavid Böyük Britaniyanın yeni daxili işlər naziri təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin baş naziri Tereza Mey özünün rəsmi tvitter hesabında yazıb. 

Cavid daha əvvəl regionlar və yerli idarəetmə işləri üçün nazirliyə rəhbərlik edib. 

Qeyd edək ki, o bu postda ötən gün istefa ərizəsi yazan Ember Raddı əvəz edib. 

Pakistanlı miqrant olan Cavid çıxışlarından birində ailəsinin müsəlman olduğunu, özünün isə heç bir dinə etiqad etmədiyini vurğulayıb.