"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov Səbail rayon məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verib.
Bu barədə vəkili Adəm Məmmədov "Qafqazinfo"ya açıqlamasında məlumat verib. O deyib ki, bu gün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.
A.Məmmədov deyib ki, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Qeyd edək ki, C.Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
Son Xəbərlər