Cavid Hüseynov bundan sonra əsas heyətdə oynamayacaq

cavid-huseynov-bundan-sonra-esas-heyetde-oynamayacaq
Oxunma sayı: 662

ANS PRESS-in “Neftçi” klubuna xistinadən verdiyi məlumata görə, iclasda bir çox məsələlər müzakirə edilib.

Toplantıda futbolçu Cavid Hüseynovun klubun daxili intizam kodeksini pozduğuna görə əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub. Yarımmüdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əvəzedici heyətdə çıxış etməyə hazıram".

Xatırladaq ki, “Neftçi” Unibank Premyer Liqasının son iki turunda müvafiq olaraq AZAL və “Xəzər Lənkəran” klublarına məğlub olub.