Cavid Hüseynov yenidən “Qəbələ”də

cavid-huseynov-yeniden-qebelede
Oxunma sayı: 2169

“Zirə”dən ayrılan Cavid Hüseynovun yeni klubu müəyyənləşib.

“Qafqazinfo”nun məlumatına görə, təcrübəli futbolçu sabiq klubu “Qəbələ” ilə müqavilə imzalayıb. Əyalət təmsilçisi yaxın saatlarda bu təyinatı rəsmən açıqlayacaq.

Qeyd edək ki, Cavid Hüseynov 2016 – 2019-cu illərdə “Qəbələ”nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində “Zirə”yə keçmişdi.