Cavid Hüseynovla bağlı apellyasiya şikayəti təmin edilmədi

cavid-huseynovla-bagli-apellyasiya-sikayeti-temin-edilmedi
Oxunma sayı: 1148

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda  “Zirə”  tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Belə ki,  “Zirə”nin futbolçusu Cavid Hüseynov Premyer Liqanın 17-ci turunda “Qarabağ”la oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.