"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsində ötən gün çıxardığı qərardan bu gün apellyasiya şikayəti verilib. Onlar birinci instansiya məhkəməsinin çıxarmış olduğu qərarın ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş tədbirin dəyişdirilməsini istəyir.
Qeyd edək ki, avqustun 8-də journalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Son xəbərlər
Son Xəbərlər