Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Təqsirləndirilən Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesə qatılmadığı üçün iclas martın 30-na təxirə salınıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər