Cavid Hüseynovun məhkəməsində şahid ifadəsi

cavid-huseynovun-mehkemesinde-sahid-ifadesi
Oxunma sayı: 1865

Bu gün Səbail Rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo” Trend-ə istinadən bildirir ki, prosesdə ifadə verən Cavid Hüseynov hadisədən xəbəri olmadığını deyib. Dövlət ittihamçısının suallarını cavablandıran C.Hüseynov deyib ki, ittihamları qəbul etmir. Sonra prosesdə Elşən İsmayılov şahid qismində ifadə verib. O qeyd edib ki, Cavid Hüseynova heç nə deməyib və onun bu hadisədən xəbəri olmayıb. E.İsmayılovun sözlərinə görə, hadisədən sonra Cavid Hüseynov ona deyib və o da gedib təslim olub.

Məhkəməyə digər şahidlər gətirilmədiyinə görə, vəkil Adəm Məmmədov vəsatət qaldırıb. Müdafiəçi vəsatətində prosesə gəlməyən şahidlərin məhkəməyə məcburi gətirilməsini istəyib.
Vəsatət təmin olunmayıb.

Məhkəməni növbəti iclası martın 11-ə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.