Cavid Qurbanov iranlı nazirlə görüşdü - Video

cavid-qurbanov-iranli-nazirle-gorusdu
Oxunma sayı: 3780

“Azərbaycan Dəmir Yolları” QSC-də İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, qonaqlar əvvəlcə Bakı Dəmir Yolu Vağzalı ilə tanış olublar. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı Dəmir Yolu Vağzalının tarixi ilə bağlı məlumat verib.

Qonaqlar Bakı-Sumqayıt-Bakı marşutu ilə hərəkət edən, İsveçrənin “Stadler Rail Group” şirkəti istehsalı olan KİSS markalı ikimərtəbəli qatarlarla tanış olublar. “Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov qatarların texniki üstünlükləri ilə bağlı göstəriciləri diqqətə çatdırıb.

Qonaqlar Bakı Dəmir Yolu Vağzalında görülən işləri yüksək qiymətləndiriblər.

Bakı Dəmir Yolu Vağzalı ilə tanışlıqdan sonra “Azərbaycan Dəmir yolları” QSC-nin inzibati binasında təşkil olunan görüşdə qonaqlara Azərbaycanın nəqliyyat-logistika Sonra ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

İranın yol və şəhərsalma naziri Məhəmməd İslami nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirib. Bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb.