Cavid Qurbanov onu mətbuat katibi təyin etdi

cavid-qurbanov-onu-metbuat-katibi-teyin-etdi
Oxunma sayı: 3678

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb.

“Qafqazinfo” unikal.org-a istinadən xəbər verir ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının katibi olub.