Cavid Qurbanov qazaxıstanlı həmkarı ilə görüşdü

cavid-qurbanov-qazaxistanli-hemkari-ile-gorusdu
Oxunma sayı: 2294

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, ADY-nın sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

Sauat Mınbayev Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.