Cavid Qurbanovu Şahin Bağırov əvəzlədi - Rəsmi - Yenilənib

cavid-qurbanovu-sahin-bagirov-evezledi
Oxunma sayı: 19573

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

“Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək.

2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyanın prezidenti seçilib.

***

Azərbaycan Voleybol Federasiyasından “Qafqazinfo”ya bildirilib ki, Cavid Qurbanov vəzifəsindən istefa verib və onun istefası qəbul edilib. AVF-nin yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov seçilib.