Cavid Qurbanovun qardaşı oğluna yeni vəzifə verildi

cavid-qurbanovun-qardasi-ogluna-yeni-vezife-verildi
Oxunma sayı: 12638

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun qardaşı oğluna yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi Əkbər Şəmşirli vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsində yeni vəzifəyə təyin olunub.

Onun yerinə isə Qazax RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Murad Qurbanov təyin olunub.

Qeyd edək ki, Əkbər Şəmşirli Cavid Qurbanovun qardaşı oğludur.