Cavid Zeynallının yeni kitabı işıq üzü gördü

cavid-zeynallinin-yeni-kitabi-isiq-uzu-gordu
Oxunma sayı: 3636

Yazıçı Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabı işıq üzü görüb. 

“Qafqazinfo” xəbər verir ki, kitab Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının qərarına əsasən çap olunub. Kitabda müəllifin 15 hekayəsi toplanıb.

“Tuna” mətbəəsində işıq üzü görən kitabın redaktoru Mübariz Örəndir. 

Qeyd edək ki, C.Zeynallı Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən “Şükriyyə” adlı kitabın da müəllifidir.