Çavuşoğlu ABŞ-a gedir

cavusoglu-abs-a-gedir
Oxunma sayı: 1289

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak etmək üçün mayın 16-dan 19-dək ABŞ-da rəsmi səfərdə olacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Çavuşoğlu sabah Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi ilə baş tutacaq “Qlobal Qida Təhlükəsizliyi Fəaliyyət Çağrısı” nazirlər toplantısına qatılacaq və bəzi ikitərəfli görüşlər keçirəcək.

O, həmçinin, Türkiyə-ABŞ Strateji Mexanizminin xarici işlər nazirləri səviyyəsində ilk görüşünü ABŞ Dövlət katibi Blinkenlə keçirəcək, Nyu-Yorkda türk-amerikan icmasının üzvləri ilə görüşəcək.