Çavuşoğlu Aİ-nin Ali Nümayəndəsi ilə Ukraynanı müzakirə etdi

cavusoglu-ai-nin-ali-numayendesi-ile-ukraynani-muzakire-etdi
Oxunma sayı: 1684

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mövlud Çavuşoğlu öz rəsmi tviter hesabında paylaşıb. 

“Antalya Diplomatiya Forumu çərçivəsində Aİ-nin Ali Nümayəndəsi Cozef Borrellə Ukraynadakı son vəziyyəti və Kipr məsələsini müzakirə etdik”, - deyə Çavuşoğlu paylaşımında qeyd edib.