Çavuşoğlu Ankarada Lavrovla görüşdü - Yenilənib

cavusoglu-ankarada-lavrovla-gorusdu
Oxunma sayı: 1464

Ankarada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında rəsmi danışıqlar keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Xatırladaq ki, S.Lavrov aprelin 6-sı Ankaraya səfər edib. İftar masası arxasında nazirlərin görüşü baş tutub.

***

Nazirlərin görüşü başa çatıb. XİN rəhbərləri görüşdən sonra birgə mətbuat konfransı keçirib.