Çavuşoğlu ATƏT-in iclasında iştirak edəcək

cavusoglu-atet-in-iclasinda-istirak-edecek
Oxunma sayı: 728

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Dekabrın 2-3-ü İsveçin paytaxtı Stokholmda keçiriləcək iclasda ATƏT gündəliyində olan məsələlər müzakirə ediləcək. 

Bununla yanaşı, Çavuşoğlu iclas çərçivəsində bir neçə həmkarı ilə ikitərəfli görüşlər keçirəcək.