Çavuşoğlu Azərbaycana təşəkkür etdi

cavusoglu-azerbaycana-tesekkur-etdi
Oxunma sayı: 3771

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana zəlzələdə göstərdiyi yardıma görə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Çavuşoğlu bu barədə mətbuat konfransında danışıb:

“Hər zaman olduğu kimi, Türkiyəyə ilk göndərilən can Azərbaycandan, Prezident İlham Əliyevin göndərdiyi qrup oldu. Zəlzələnin ilk saatlarında xarici işlər naziri Ceyhun Bayramov Prezident Əliyevin təlimatı ilə bizə zəng vurdu. Saat 11 kimi artıq yola çıxmışdılar. Hamısına təşəkkür edirik”.