Çavuşoğlu Azərbaycanı belə təbrik etdi - Video

cavusoglu-azerbaycani-bele-tebrik-etdi
Oxunma sayı: 2157

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli nazir sosial şəbəkə hesablarında bildirib:

“Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”