Çavuşoğlu Azərbaycanı təbrik etdi

cavusoglu-azerbaycani-tebrik-etdi
Oxunma sayı: 786

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin XİN rəhbəri bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Bir kərə yüksələn bayraq bir daha enməz! Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Azərbaycanlı qardaşlarımızı ən səmimi diləklərimlə salamlayıram, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini rəhmət və ehtiramla yad edirəm”, - deyə Çavuşoğlu qeyd edib.