Çavuşoğlu Ceyhun Bayramova zəng etdi

cavusoglu-ceyhun-bayramova-zeng-etdi
Oxunma sayı: 3407

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Haber Global” yayıb.

Söhbət zamanı Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu şiddətlə qınadığını, Türkiyənin Azərbaycanın hər zaman yanında olduğunu vurğulayıb. 

O, həmçinin hücum zamanı diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərovun həlak olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. 

***

Azərbaycan XİN də öz növbəsində nazirlər arasında baş tutan telefon danışığı barədə məlumat yayıb. 

Məlumata görə, Türkiyənin XİN rəhbəri azərbaycanlı həmkarına ölkəmizin İrandakı səfirliyinə qarşı edilmiş xain terror hücumunu qətiyyətlə pisləyib. Səfirliyin hadisə nəticəsində həyatını itirmiş əməkdaşına görə mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Ceyhun Bayramov bu qardaşlıq və həmrəylik diləklərinə görə Türkiyə xarici işlər nazirinə minnətdarlığını bildirib, xain terroru törədənlərin və havadarların ən qısa zamanda ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfinin əlindən gələni əsirgəməyəcəyini bildirib.

Həmçinin oxuyun: При нападении на посольство, дети нападавшего были с ним - Первое заявление Ирана

Определились победители лотереи Birbank