Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Tərəflər ikitərəfli gündəlikdə duran məsələləri, həmçinin Əfqanıstandakı sülh prosesini, o cümlədən İstanbul konfransının keçirilməsini müzakirə ediblər.
Suriya və bütövlükdə Yaxın Şərqdəki vəziyyətə toxunulub.
Qeyd olunur ki, danışıqlar konstruktiv və faydalı şəkildə keçib.
Son xəbərlər
Son Xəbərlər