Çavuşoğlu ilə Stoltenberqin telefon danışığı oldu

cavusoglu-ile-stoltenberqin-telefon-danisigi-oldu
Oxunma sayı: 736

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığının təfərrüatı açıqlanmayıb.

Stoltenberq də Çavuşoğlu ilə bağlı danışması barədə tviter hesabında paylaşım edib:

"Xarici işlər naziri ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarlarını müzakirə etdik. Türkiyə vacib müttəfiqdir və təhlükəsizliklə bağlı hər hansı narahatlığı aradan qaldırılmalıdır. Biz bu tarixi məqamda bir yerdə olmalıyıq".