Çavuşoğlu iranlı həmkarı ilə danışdı

cavusoglu-iranli-hemkari-ile-danisdi
Oxunma sayı: 713

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə telefon danışığı aparıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı iyulun sonunda İranda baş verən sel fəlakəti, ikitərəfli əlaqələr, Yaxın Şərqdəki son hadisələr və nüvə sazişi danışıqları müzakirə edilib.