Çavuşoğlu İŞİD-lə bağlı iclasa qatılacaq

cavusoglu-isid-le-bagli-iclasa-qatilacaq
Oxunma sayı: 838

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Mərakeş və ABŞ-ın ev sahibliyi edəcəyi İŞİD-lə Mübarizə Beynəlxalq Koalisiyasının Nazirlər iclasına qatılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyə XİN məlumat yayıb.

İclasda Suriya və İraqda İŞİD-lə mübarizədə davam edən səylərin nəzərdən keçiriləcəyi, Əfqanıstan və Afrikada son vaxtlar artan İŞİD-lə bağlı mövcud vəziyyətin müzakirə ediləcəyi bildirilib.

Görüş çərçivəsində Çavuşoğlunun ikitərəfli görüşləri də gözlənilir.