Çavuşoğlu istefa şərtini açıqladı - Lavrov başını yellədi

cavusoglu-istefa-sertini-aciqladi
Oxunma sayı: 9917

“Türkiyənin İŞİD-ə kömək etdiyinə dair bir sübutunuz varsa, istefa verməyə hazıram”.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Vyanada keçirilən “Suriyaya Beynəlxaq Dəstək Qrupu” toplantısında çıxışı zamanı rusiyalı həmkarı Sergey Lavrova xitabən bildirib.

“Siz ciddi diplomatsınız, aramızdakı ən təcrübəli şəxslərdənsiniz. Belə qeyri-ciddi iddialara etimad göstərməməlisiniz. Cənab prezidentimiz bu barədə qətiyyətlə fikrini bildirib, mən də təkrar edirəm. Türkiyənin İŞİD-ə kömək etdiyinə dair əlinizdə sübutunuz varsa, istefa verməyə hazıram. Lakin iddialarınızı sübut etməsəniz, sizi həyatınızın qalan dövrünü Antalyada keçirməyə dəvət edəcəyəm”, - deyə Çavuşoğlu söyləyib.

Lavrov M. Çavuşoğlunun bu fikirlərini təsdiqləmək məqsədilə başını yelləyib.