Çavuşoğlu Kuleba ilə görüşdü - Video

cavusoglu-kuleba-ile-gorusdu
Oxunma sayı: 1531

Türkiyədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ukraynalı həmkarı Dmitri Kuleba arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Çavuşoğlu öz rəsmi tvitter hesabında paylaşıb.

“Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə üçtərəfli görüşdən əvvəl ikitərəfli görüş keçirdik”, - deyə Türkiyənin XİN başçısı qeyd edib.

Xatırladaq ki, bu gün Antalya Diplomatik Forumu çərçivəsində Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüşün keçirilməsi planlaşdırılır.