Çavuşoğlu Kuleba ilə telefonla danışdı

cavusoglu-kuleba-ile-telefonla-danisdi
Oxunma sayı: 1293

Türkiyə və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.

Nazirlər söhbət zamanı Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, martın 18-i Ukraynada səfərdə olan Mövlud Çavuşoğlu Lvovda ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.